9 dekabr 2023 at 12:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85316524
T T
0 Persons

Tags

General Baqiri: Cinayətləri dayandırmaq sionistlərin xeyrinədir - Haqq cəbhəsi mütləq qalib gələcək

Tehran – İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi törətdiyi cinayətləri dayandırmağın sionist rejimin mənafeyinə uyğun olduğunu bildirib və deyib: Hər din, ayin və məzhəbdən olan fələstinlilər bu torpağın gələcəyi ilə bağlı qərar verməlidirlər və bu torpaqda sülh və əmin-amanlıq üçün başqa yol yoxdur.

İRNA-nın müdafiə və təhlükəsizlik müxbirinin verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ordunun “insan qüvvəsindən insan kapitalına” şüarı ilə ilk dəfə təşkil olunmuş hərtərəfli təlim və təhsil sərgisinin açılış mərasimində deyib: Biz fələstinli döyüşçülərin mücahidlik cəhdlərini yüksək qiymətləndiririk. Ümid edirik ki, sionistlərin tənəzzülünü sürətləndirən bu cinayəti ən qısa zamanda sona çatacaq. Bu İslam diyarının və müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinin gələcəyi tam aydındır. Haqq cəbhəsi Allahın vədinə görə mütləq qalib gələcəkdir ki, bu da haqq vəddir. Bu cinayətləri dayandırmaq və referendum keçirmək və hər din, ayin və məzhəbdən olan fələstinlilərin gələcəkdə bu torpağın necə idarə olunacağına qərar verməsi sionistlərin və bu rejimin xeyrinədir. Bu torpaqda sülh və əmin-amanlığın başqa yolu olmayacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .